Вы просматриваете: Главная > Şeirlər > ALİ BAŞ KOMANDANIM

ALİ BAŞ KOMANDANIM

 

İradən qarşısında mənfur düşmən əzilir,

İşğal etdiyi yurddan daha əli üzülür,

Qarabağın düyünü savaş ilə çözülür,

Doğma yurd –yuvamıza yağı leşi düzülür,

Müjdələrin çox olsun,

Qoy yağını yox olsun.

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

 

Dikəltdin sinələrdən otuz il enən başı,

Qovdun ürəyimizdə yuva salan təlaşı,

Qurtulsun xainlərdən Vətən torpağı, daşı,

Sevinc yaşına dönsün gözümüzün qəm yaşı,

Səsin düşüb dünyaya,

Yağını saldın vaya,

Gün doğub günə, aya,

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

 

Yeni tarix yazırsan Vətənin şərəfinə,

Necə də bənzərin var sənin öz sələfinə,

Qalib şöhrət gətirdin, sən əziz-xələfinə,

Məmləkətin ürəyi Qarabağ bir dəfinə,

Zəfər çalır Ordumuz,

Qisas alır Ordumuz,

Azad olur yurdumuz,

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

 

 

Əmrinə müntəzirdi qolu qüvvətli əskər,

Nərəsənidən titrəyən dünya heyrətli əskər,

Anasının südünə, yurda qeyrətli əskər,

Vətənin yarasına şəfa, şəfqətli əskər,

Dilimiz duadadı,

Əlimiz havadadı,

Allah yurda yar olsun,

Xainlərə ar olsun,

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

 

Televizyanın önündə hər gün səni gözlərik,

Zəfər xəbərlərini biz fərəhlə izlərik,

Ordunun yürüşünü ürəkdə əzizlərik,

Ocaq çatıb sinədə qalib eşqlə közlərik!

Şəhidlərin ruhu şad,

Gedib qəlblərdən fəryad,

Rədd olsun yurddan yad,

Olsun Qarabağ abad!

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

 

Bir yumruqtək birləşib indi Vətən adamı,

Yağının ürəyində qaldı hiyləgər kamı,

Allah, yüz il yaşasın Yurdumuzun İlhamı,

Azad olsun Qarabağ, yansın ocağı, şamı!

Sənə zəfər yaraşır,

Sevincimiz dağ aşır,

Adın dildə dolaşır,

Gülsün Azərbaycanım,

Ali Baş Komandanım.

21.10.2020/ Qusar

Şirinxanım Kərimbəyli ŞADİMAN