Вы просматриваете: Главная > Şeirlər > GÜL EY ŞEYDA GÜLÜSTANIM

GÜL EY ŞEYDA GÜLÜSTANIM

Gül ey şeyda gülüstanım,
Açıl bağın gözəl olsun.
Vətən adlı var cahanım,
Hər bir işi özəl olsun!

Səni candan sevməyənlər,
Kimliyini dansın gərək.
Tarixini səhv deyənlər,
Od tutuban yansın gərək.

Sən ruhumun məkanısan,
Ömür səndə dinclik tapır.
Sən can içrə eşq canısan,
Odur ruhum gənclik tapır.

Vətən, səndən doymaq olmur,
Dərya içrə dürr-incimsən.
Yad diyara uymaq olmur,
Dar məqamda sevincimsən.

Şəhidinin qanı lalə,
Bir bax açıb çöllərində.
Əz yağnı, çat vüsalə,
Toy-büsat qur ellərində!

Qarabağın işğal altda.
İnildəyir dağın, düzün.
Yurdlarımız bata-batda,
Qələbə çal, gülsün üzün!

İgidlərin savaş eşqi
Qəlblərində ocaq çatır.
Qalx, ruhunla eylə məşqi,
Düşmənin bəxtin yatır.

Çalacağın qələbənin
Sədasını çatdır elə.
Doğsun günəş, ötsün çənin,
Uğura get, düşsün dilə.

Vətən, savaş olsun niyyət,
Nəfəsimiz boğulmasın.
Elə qazan qalibiyyət,
Düşmən bir də doğulmasın!
10.08.2020