Вы просматриваете: Главная >Архив для Mart, 2024

DÖRDLÜK

Şəhərin işığı gözə nur olsun, İnsan beyinində xoş qürur olsun. Həyat tapmacadır, ömür keçəri, Hər günün gəlişi, min uğur olsun! 17.03.2024

DÖRDLÜK

Ruhumu, könlümü təzələ, yağış, Çək qəlbin evinə yağmurdan naxış. Sən həyat çeşməsi, dirilik məlhəmi, Varlığına düşür hər saniyə alqış!… 10.03.2024

DÖRDLÜK

Həyatın acısın çəkənə yazıq, Ağrıdan, əzabdan tükənən, yazıq. Ah dünya içini silib, süprür, Onu ürəyinə bükənə yazıq!… 06.03.2024