Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ruhumu, könlümü təzələ, yağış, Çək qəlbin evinə yağmurdan naxış. Sən həyat çeşməsi, dirilik məlhəmi, Varlığına düşür hər saniyə alqış!… 10.03.2024