Вы просматриваете: Главная >Архив для Aprel, 2021

DEDİKLƏRİM

İnsanlıq öləndə bəşəriyyət can verir…

DÖRDLÜK

Hər ümid insana çıraq kimidir, Qatı açılmamış varaq kimidir. Arzuya bağlayır həyat yaşamın, Sabahın müjdəsi soraq kimidir. 27.04.2021

DÜNYA ŞEYTAN İÇİNDƏ

Ərşi, kürşü ram edən, Acılarla kam edən, Qəlbə dərdi dam edən, Bədənlərlə şam edən, Zalımlar can biçində, Dünya şeytan içində. Yıxılıb haqq guşəsi, Kəsir nahaqq tişəsi, Sınır ürək şüşəsi, Artır iblis nəş’əsi, Hamı niyə, neçində? Dünya şeytan içində. Yerdən göyə fəryaddı, Can bədəninə yaddı, Ağızlarda imdaddı, Şər hər işdə abaddı, Bəşər köçə-köçündə Dünya şeytan içində. […]