Biz düşmənlə savaşdan Zəfərlə çıxdıq, düşməndən qisasımızı aldıq, amma, düşmən düşmənliyində qalır, erməni cəlladlarının bizə etdiklərini heç zaman unutmadıq, unutmayacağıq! 1992-ci ildə göz yaşları içində yazdığım “Xocalı soyqırımı” poemamı hər il paylaşmağımın səbəbi qətliam qurbanlarını dərin hüzünlə yad etməkdir! Yəqin ki, ruhları sakitlik tapıb, qazandığımız zəfərə rəğmən. Allah bu yolda can fəda edən şəhidlərimizə rəhmət […]
Çaxnaşdır göyləri yağsın yağışlar, Torpağın bağrında açsın naxışlar, Yaza yerin versin qoy qarlı qışlar, İsinsin torpağın bumbuz nəfəsi, “Suların Novruzu” Su çərşənbəsi. Həyat gözəlliyə açsın qoynunu, Uşaqlar çəməndə qursun oynunu, Təbiət geyinsin yaşıl donunu, Artsın insanların ömrə həvəsi, “Suların Novruzu” Su çərşənbəsi. Arxlar təmizlənsin, çeşmələr dolsun, Ellərin Tanrıya inamı olsun, Pislik, […]
Bu dünyada xeyirlə şər çarpışır, Yaxşı adam şərə ürcah olmasın. Doğulandan insan canla yarışır, Can içində ağrı-acı qalmasın. Gün ərzində min bir üzü görürük, Xeyir şərlə birgə ömür sürürük, Zəkamızın əkdiyini dəririk, Ömür bağı tez saralıb solmasın. Həyat özü imtahana çəkəndi, Sualları üstümüzə tökəndi, Can sarayın uçurdandı, tikəndi, Dəryalartək qabarmasın, dolmasın. Hər […]