Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İnsanlıq öləndə bəşəriyyət can verir…
Hər ümid insana çıraq kimidir, Qatı açılmamış varaq kimidir. Arzuya bağlayır həyat yaşamın, Sabahın müjdəsi soraq kimidir. 27.04.2021