Вы просматриваете: Главная >Архив для İyul, 2020

VƏTƏNƏ QURBAN OLSUN

Vətənə qurban olsun tən içində canımız, Çünki Vətəndir bizim, əzəl-son ünvanımız!   O ruhumuza beşik, dilimizin duası, Ondan cilalanıbdır damarlarda qanımız.   Düşmənə tapdaq olsa, şərəfimiz alçalar, Hörmətimiz sozalar, pozular səhmanımız.   Dilimiz qısa olar dost-düşmənin içində, Haqqımız dərdə düşsə, yurd özü loğmanımız.   Vətən ata yuvamız, anamızın dilidir, Yağı əlinə keçsə tapılmaz dərmanımız.   […]

DÖRDLÜK

Ey TƏBİB, aç yolları, etmə bizə zülüm, yetər, Qapandıq dörd divara, bu ki, koronadan betər. Varsa xəstəlik əgər, tutsun onun özün azar, Taxarıq maskamızı, məsafəylə hər şey ötər.. 09.07.2020

DÖRDLÜK

Alışdıqca ürəyim ocaqtək köz tuturam, Misraları yandırıb bəndlərə söz tuturam. Boynubükük ümidlər ağlarkən körpə kimi, Yerdən üzüb əlimi göylərə üz tuturam… 07.07.2020