Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Ey TƏBİB, aç yolları, etmə bizə zülüm, yetər, Qapandıq dörd divara, bu ki, koronadan betər. Varsa xəstəlik əgər, tutsun onun özün azar, Taxarıq maskamızı, məsafəylə hər şey ötər.. 09.07.2020