Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Alışdıqca ürəyim ocaqtək köz tuturam, Misraları yandırıb bəndlərə söz tuturam. Boynubükük ümidlər ağlarkən körpə kimi, Yerdən üzüb əlimi göylərə üz tuturam… 07.07.2020