Вы просматриваете: Главная >Архив для Noyabr 9th, 2019

DÖRDLÜK

Qəhər boğazımda ilişib qalıb, Diləklər ürəyə tərs düşüb qalıb. Gecənin bağrından keçən zamanım, Cana qonaq olub, görüşüb qalıb… 09.11.2019

BAYRAĞIM

BAYRAQ GÜNÜN MÜBARƏK, VƏTƏN….iŞĞALDA OLAN TORPAQLARINA QOVUŞASAN… Bir kərə yüksələn bayraq, bir daha enməz… Məmməd Əmin Rəsulzadə Həsrət ilə xəyallarda alışdığım, yandığım, Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım, Vüsalını uyğularda cəfalarla sandığım, Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım, O əzablı tale ilə qardaşlaşan bayrağım. Başın üstən fəlakətlər əsib keçdi yel kimi, Qabarman da, çəkilmən də dağdan […]