Вы просматриваете: Главная >Архив для İyun, 2019

DEYİM

Ömür insan sınağı, Qazanmayaq qınağı… 19.06.2019

CİBİ BOŞDU

Cibi boşdu, könlü dolu, Şairi qınaq etməyin. Bir ürək verib Allahı, Təcürbə, sınaq etməyin. Onsuz da yanıb köz olub, Hər addımı bir söz olub, Hamının sözü döz olub, Dözməyə qonaq etməyin. 17.06.2017

DEYİM

Sözüm səni özümə çəkdim, Sənsə məni dözümə çəkdin… 15.06.2019

VƏTƏN DEDİLƏR

Vətən, səni tikə-tikə, parça-parça yedilər, Utanmadan, çəkinmədən sənə Vətən dedilər… Çalxatdılar içindəki göz yaşını nəhirtək, Boğazlarda kilidləndin hönkürməyən qəhərtək… Araz boyda kədər oldun bağrımızda nə vaxtdı, İçi ulusun qarışıq qara elədik baxtı. İndi sənə barmağını silkələyir gədələr, Səni udmaq diləyiylə eşqə düşüb mədələr. Torpağının ortasında xain yuva saldılar, Bu minvalla hissə-hissə hər neyin var aldılar. […]