Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ümidlər sınanda həyat sozalır, İnsanda yaşama inam azalır. Doğulan bir ömür yolun yolçusu, Bəs niyə ayaqlar altı qazılır…?! 29.06.2019