Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Doğulanla doğulur əzablar da dünyada, Əzabların fonunda yazıq olur dünya da. Kimə az, kimə çoxdu yazılan ömür yaşı, Yaşanan günlərimiz qəh-qəh çəkir röyda… 17.05.2019