Вы просматриваете: Главная >Архив для Dekabr, 2018

KÖNÜL SƏNDƏN QAÇA BİLMƏZ

Sən ey könlü fəğan edən, könül səndən qaça bilməz, Sən olmasan həyatımda qanad açıb uça bilməz. Bilirsənmi nə çəkirəm məndən bir az gen gəzəndə? Qəlbim alışır tənimdə ayrılıq canı üzəndə. Sən kimsənsə elə osan, ruhuma doğma birisən, Nə yaxşı ki mənimləsən, mən sağ ikən sən dirisən. Səsin gəlsin səhərlərdən, ya hirsli, mülayim ol, Zülmətlərə düşsəm […]

ETDİYİM YAXŞILIQLAR QAPAZ OLDU BAŞIMA

Etdiyim yaxşılıqlar qapaz oldu başıma, Axdı bəbəklərimdən qarışdı göz yaşıma! Sıxdılar ürəyimi nar təki iştahlara, Onlar məzə aldılar, könlüm batdı ahlara. Ömrüm tufana düşmüş qayıqlartək çırpındı, Nə ağrıya tapındı, nə ağrıdan qırpındı. Mən xeyirə caladım taleyin varaqların, Söndürdü yaxın-yadım bəxtimin çıraqların. Can fəda etdiklərim canıma zərbə vurdu, Saldı ömrü yoxuşa yolumda tələ qurdu. Gecə-gündüz ağlımı […]

DÖRDLÜK

Özünə inamı köklə içində, Şeytan baş qaldırsa təklə içində. Heç kəs asan keçmir həyat yolunu, Batırma özünü niyə, neçində?! 10.12.2018

DURUN GEDƏK QARABAĞA

Nə sızlayıb ağlaşırıq, Ah-ələmlə bağlaşırıq, Dillə neçə dağ aşırıq- könlə hicran yağa-yağa, Durun gedək Qarabağa!   Inlər, sızlar hər sözümüz, Göz yaşına yar gözümüz, Açılmayır heç üzümüz, Bəsdir dözdük daha dağa, Durun gedək Qarabağa!   Möhür, imza torpaq almaz, Qorumasaq Vətən olmaz, Heç bir zülüm sona qalmaz, Qonub yağı çox oylağa, Durun gedək Qarabağa!   […]