Hər kəsin önündə əyilən başı, Vaxt gələr batırar gözünün yaşı… 22.12.2018
Boşuna yanmasın könül işığın, Gedəri qonaqdır bil yaraşığın! Düşərsən ayağa sayan tapılmaz, Qapın bağlı qalar, sönər işığın… 21.12.2018
Bizim gəncliyimiz o illərə düşdü, o qanlı-qadalı, ağrılı illərə… keçən əsrin 1990-cı illərini deyirəm. Bir çox insanlarımız ailə qura bilmədi, müharibə səngərlərində canını fəda etdi, Vətəni qorumaq uğrunda ona ən ümidə hüququ olan şirin canından keçdi… Biz bu müharibəni başlamadıq, bizə müharibə elan etmədən insanlarımızı el-obalarından didərgin saldılar, ev-eşikləri, şəhər və qəsəbələri viran qoydular, işğal […]