Вы просматриваете: Главная >Архив для Aprel, 2017

DİLƏ GƏTİRDİN

Könlümü, ruhumu dilə gətirdin, Dilimdə nəğmələr bitirən bahar. Təbiət eşqini qəlbə ötürdün, Alıb ürəyimi götürən bahar. Boylanıb baxırsan çəmənzarından, Süslədin təbimi xoş gülzarından, Yanırdım qış boyu intizarından, Şaxtanı, sazağı itirən bahar. Elə nazlanıram sevgin içində, Təbiət bambaşqa fərqin içində, Yaşıla bürünmüş sərgin içində, Hər güldən bir xalı yetirən bahar. Quşlar zövqü olan bir nəğməkardır, Buludlar […]

İKİLİK

Ağıllı başlara qapılar bağlı, Çox zaman zindanda əzirlər ağlı… 20.04.2017

DÖRDLÜK

Köhnəlik içində yatıb qalanlar, Filin qulağında yatıb qalanlar, Gerilik açardır fəlakətlərə- Tarix yaddaşına çökür olanlar. 19.04.2017

DÖRDLÜK

İnsanın beyini özütək sirli, Xeyrə köklənəndə əməli dürlü. Könlünü açanda şər qapısına, Etdiyi əməllər dünyaya kirli… 19.04.2017