Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Əgər ağlın varsa özünü düşün, Başqa adamlarla sənin nə işin? Fikrini, zikrini cəmlə bir yerə, Gör hara aparır səni yerişin?! 17.04.2017