Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, Bir millətin Tanrıya ucalan ah-vayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. O böyük məmləkətin qazanılan yoluydun, Əsir, kölə millətin açılmış əl-qoluydun, Sildilər yaddaşlardan… tarixəsə uluydun, Dədəm Oğuz bəyinin, sən Bozqurd harayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. Yetmiş il dilimizdən […]
Acından günorta duranlarının Ağrısın mən kimə söyləyim Vətən? Sən işğal altında didirsən ağlı, Bu ağrı-acıyla neyləyim Vətən?! Niyə şər-xətanın yolu sapılmır? Sənə hansı hiylə, fitnə yapılmır? Çəkilməz dərdinə çarə tapılmır, Varmı haqq eşidən, mən deyim, Vətən? Hər yerdən üstünə cumur köpəklər, Pullanan ciblərdən yedin kötəklər, Kasıb millətinə yetmir diləklər, Bəs necə mən […]
Hənən yoxun arasında qalmışam, Hə deyəndə yox ağlayır içimdə. Min bir dərdin sorağını almışam, Könlüm dolub, ah ağlayır içimdə. Yenə ürək yaz buluda dəm tutur, Gözlər dolur kirpiyimi nəm tutur, Hissim coşub ağlı-huşu kəm tutur, Söz körpətək çox ağlayır içimdə. Haqsızlığı dolu təki vuran yox, Məzlum batır, arxasında duran yox, Yazıq dilim, yaltaqlıqla […]