Вы просматриваете: Главная > Şeirlər > ARASINDA QALMIŞAM

ARASINDA QALMIŞAM

Hənən yoxun arasında qalmışam,

Hə deyəndə yox ağlayır içimdə.

Min bir dərdin sorağını almışam,

Könlüm dolub, ah ağlayır içimdə.

 

Yenə ürək yaz buluda dəm tutur,

Gözlər dolur kirpiyimi nəm tutur,

Hissim coşub ağlı-huşu kəm tutur,

Söz körpətək çox ağlayır içimdə.

 

Haqsızlığı dolu təki vuran yox,

Məzlum batır, arxasında duran yox,

Yazıq dilim, yaltaqlıqla aran yox,

Kaman sınıb ox ağlayır içimdə.

17.05.2017

 

Şərh üçün bağlıdır.