Вы просматриваете: Главная >Архив для Aprel 18th, 2017

DÖRDLÜK

Əgər öz dəyərin bilməsə insan, Edəcək ömrünü zamana ehsan. Hər bəxtə nur vermir həyat çırağı, Yaşamaq, yaşatmaq deyildir asan! 19.04.2017

DÖRDLÜK

İlahi, hər uşaq dünya mələyi, Axı xəstəliyə dözmür ürəyi. Qıyma heç bir yavru yatağa düşsün, Gözündə qalmasın arzu, diləyi… 18.04.2017  

DÖRDLÜK

Bir sakitlik, bir rahatlıq yoxdu dünyada, Doğulandan ölənədək belədir qayda. Didişmədə, döyüşmədə insan deyilən- Haçan anlar qan tökməkdən cana nə fayda?! 18.04.2017

IKILIK

Özgənin cibinə dikmə gözünü, Sonra itirərsən orda özünü…