Вы просматриваете: Главная >Архив для Fevral, 2017

ƏSGƏRƏ MƏKTUB

Eşqin ürəyimdə, gözüm yolunda, Heç vaxt tükənməsin gücün qolunda, Səni səhər-axşam düşünürəm mən, Qələbə xəbərin tez ol yolla sən. Ruhumla, canımla hər günümdəsən, Varlığım uçunar mənə gəl desən. Könlünə bağlıdır hər ötən çağım, Qəhrəman igidim, ümid çırağım. Sinəni düşmənə sipər etmə yar, Bilirsən qəlbimdə sənə sevgim var. Bu sevgi Vətənin odundan keçir, Sənin bahadırlıq adından […]

KAİNAT İÇRƏ DOLAŞDIM

  Allahım, kainat içrə dolaşdım, Sənin işığına doğru gəlirəm. Sənin atəşinlə qaynayıb daşdım, İçimə sığmayır sorğu, gəlirəm. Möhtəşəm kainat sirlər içində, Sirrini heç kimə açmayır hələ. Gələnlər gedirlər, ömür köçündə, Şükür ki, yer göyə qaçmayır hələ. Bu müdhiş bəşərin işləri çətin, Hiyləsi, xətası özündən böyük. Təkcə sən bilərsən onun niyyətin, Başının zərbəsi ürəyə bir yük. […]

BİR PARÇA ODUM

Bir içim suyumsan, bir parça odum, Səninlə başlayır ağzımda dadım, Sənə xor baxanın könlümə yadım, Külü ocağına tökür hər yetən… Allahım qorusun səni, ey Vətən! 28.04.2016      

DÖRDLÜK

Keçmə caynağına sən xəbislərin, Keçsən talanacaq hər gün hislərin. Qəlbini ağrıdan yerdən uzaq ol, Üzündə yazılmıb pislik pislərin. 09.02.2017   Gəlirsən sevdalar gətir, ey səhər, Boğzadan yapışıb qalmasın qəhər. Hər insan varlığı ömür qədərdir, Ağılın barından qəlb görsün bəhər. 10.02.2017