Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Heç aşmaq olmayır ürək dağını, Çevirir həyatın xoş varağını. Əzəldən belədir dünyanın işi, Büdrədin saxlamır yer ayağını… 09.02.2017