Вы просматриваете: Главная > Şeirlər > ƏSGƏRƏ MƏKTUB

ƏSGƏRƏ MƏKTUB

Eşqin ürəyimdə, gözüm yolunda,
Heç vaxt tükənməsin gücün qolunda,
Səni səhər-axşam düşünürəm mən,
Qələbə xəbərin tez ol yolla sən.
Ruhumla, canımla hər günümdəsən,
Varlığım uçunar mənə gəl desən.
Könlünə bağlıdır hər ötən çağım,
Qəhrəman igidim, ümid çırağım.
Sinəni düşmənə sipər etmə yar,
Bilirsən qəlbimdə sənə sevgim var.
Bu sevgi Vətənin odundan keçir,
Sənin bahadırlıq adından keçir.
15.05.2016
Şirin Xanım Kərimbəyli Şadiman

Şərh üçün bağlıdır.