Вы просматриваете: Главная >Архив для Fevral, 2017

“TƏK YARADANA GÜMANIM”A SÖZÜM

                                        2012-ci ildə çapdan çıxan ”Ay adamlar mən burdayam” kitabımdan sonra beş ildi ki, illərin acı-ağrısını, sevincini hopdurub misralarıma bənd-bənd şeirlərə, mənzum hekayələrə köçürtdüm. Əslində şeir nədir? Şeir yaşadığımız həyatın həqiqiliyinin güzgüsüdür. Yazdıqlarımı ilhamın diqtəsi ilə gördüklərimi və könül süzgəcindən keçirtdiklərimi şeirin  müxtəlif növlər üzrə bəndlərinə yerləşdirdim. Burada tarixlə bağlılıqlar, təbiət, ilham, adamın özü […]

OD TUTUB YANIR

  Od tutub yanır yenə dükan, bazar, Məzlumu soyanları tutsun azar… Eyləyir ahu-fəğan ürəyimiz, Yetməyir məqsədinə diləyimiz. Bürünüb əzablara millətimiz, Artır, azalmayır heç zillətimiz. Məmurlar azıb yolu haqqı danır, Binəva insanımız dərdlə yanır. Artır gündən-günə xalqın borcu, Görünmür bu işlərin xeyrə ucu. Ümidsiz gözləri qəsb edir kədər, Gedir əldən ilmiz, ömür hədər. Edirik cəhdi sabah […]

SEVDAMSAN, VƏTƏN

  Diləklər içində coşub daşasan, Ağrından alışan nidamsan, Vətən! Olmayır dünyada heç bir şey asan, Sən mənim bitməyən sevdamsan, Vətən.   Gələn sabahlara işıq kimisən, Mənim ürəyimə aşiq kimisən, Dərdimi hayqıran aşıq kimisən, Ruhumun daddığı qidamsan, Vətən.   Anlamaz nə bilir ocaq istisin, Yurdun bacasından qalxan tüstüsün, Soyuqsa, könlümə gir bir az isin, Sən özün […]

ƏSLİ-SOYU TAMAM DANAN

Əsli-soyu tamam danan, Hardan gəlib, hara getdi? Doğmaya yox, yada yanan, Harda idi, hara yetdi? Bədən cana xain çıxmaz, Yaramaza kimsə baxmaz, Şər əlindən heç buraxmaz, Bülbül susdu, qarğa ötdü. Qrantlarla bəslənənlər, Bu eşq ilə süslənənlər, Düşmənlə bir səslənənlər, Könlə gələn sözdə bitdi. Atı minib tərsə çapan, Öz xalqına çirkab atan, Bilinməyir anan, atan, Bilinirsə […]