Od tutub yanır yenə dükan, bazar,
Məzlumu soyanları tutsun azar…
Eyləyir ahu-fəğan ürəyimiz,
Yetməyir məqsədinə diləyimiz.
Bürünüb əzablara millətimiz,
Artır, azalmayır heç zillətimiz.
Məmurlar azıb yolu haqqı danır,
Binəva insanımız dərdlə yanır.
Artır gündən-günə xalqın borcu,
Görünmür bu işlərin xeyrə ucu.
Ümidsiz gözləri qəsb edir kədər,
Gedir əldən ilmiz, ömür hədər.
Edirik cəhdi sabah yaxşı olar,
Müstəqillik Vətənin naxşı olar.
Amma ki, günlərimiz zəhər olub,
Gözümüzdə boğulan qəhər olub.
Kasıbın ümidi sönüb sabaha,
Yoldan azmışlara yox çarə daha.
Haram pullar qudurdub özlərini,
Bürüyüblər yalana sözlərini.
Ölkədən baş götürüb qaçanları,
Yad ölkələrə yolu açanları,
Qalanlar bəxti gülüb deyir hələ,
Vətəndən gedənləri öyür hələ.
Qarabağ işğala düçar olunub,
Məzlumu əzməyə açar olunub.
Bankların cummağı var üstümüzə,
Durub talançıları qəsdimizə.
Olub intiharlar həyat amalı,
Acizdir şeytana insan kamalı.
Şadiman, bu dərdləri çək nəzmə,
Bəlkə qulaq verən oldu sözümə.
Zalımın bir adı var mərdüməzar,
Əlim dinc durmayıb dərdləri yazar.
Od tutub yanır yenə dükan, bazar,
Məzlumu soyanları tutsun azar…
17.02.2017
Bazar baha, dükan baha,
Baxan yoxdu nalə, aha,
Ümid qalmıb heç sabaha,
Ürəyi oyulan bizik,
Cibləri soyulan bizik.
Haqq tapdanır, vicdan susur,
Çoxu acından qan qusur,
Oğru, əyri