Hər kəs öz səhvini bilsə, nə yaxşı, Haqq qoyduğu yola gəlsə, nə yaxşı. Ürəkdə qövr edən kin-küdurəti, Canının evindən silsə, nə yaxşı… 11.01.2017
Ağılsız başların cəzası böyük, Onlar həm özünə, həm dünyaya yük. ** Əllərdə axtarma səadətini, Bir gün puç edərlər xoş niyyətini… 11.01.2017
Dərə dərinliyi dağdan görünər, Duman zirvələrin üstə sürünər… 09.01.2017
Bir ovuc haram yeyən yükləyir dərdi Vətənə, Qoymurlar çarə edə heç zaman mərdi Vətənə. Zalımın nəfsə yatan mədəsinə yoxdu nicat, Çəkib çirkabı üzə kirini sərdi Vətənə. Bir yığın kütbeyinin hiyləsinə mübtəlayıq, Bunca nicat yolunu hər cürə gərdi Vətənə.. Ağ günün eşqi ilə sevmişik öz yurdumuzu, Ağ günü binəva xalq yuxuda gördü Vətənə. Boş qalan təknələrin […]