Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ağılsız başların cəzası böyük, Onlar həm özünə, həm dünyaya yük. ** Əllərdə axtarma səadətini, Bir gün puç edərlər xoş niyyətini… 11.01.2017
Şərh üçün bağlıdır.