Вы просматриваете: Главная > Şeirlər > BİR OVUC HARAM YEYƏN

BİR OVUC HARAM YEYƏN

12767586_1701402433434676_1808809293_n

Bir ovuc haram yeyən yükləyir dərdi Vətənə,
Qoymurlar çarə edə heç zaman mərdi Vətənə.

Zalımın nəfsə yatan mədəsinə yoxdu nicat,
Çəkib çirkabı üzə kirini sərdi Vətənə.

Bir yığın kütbeyinin hiyləsinə mübtəlayıq,
Bunca nicat yolunu hər cürə gərdi Vətənə..

Ağ günün eşqi ilə sevmişik öz yurdumuzu,
Ağ günü binəva xalq yuxuda gördü Vətənə.

Boş qalan təknələrin çarəsin oğru aramaz,
Talayıb hər nə ki var, cibini gördü, “Vətənə”.

Qanunlar dilin qısıb ac-yalavac insanına,
Girib illət bağına kədəri dərdi Vətənə.

Şadiman, üzünün heç gülməyini görməmişəm,
Bilirsən nadan olan min dərdi-sərdi Vətənə.
10.01.2017
Şirin xanım Kərimbəyli Şadiman