Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Günahın görməyir haqsız olanlar, Odur ki, çökdürür ərzi talanlar. Tapdanan haqqına susan insanın Düşəcək bəxtinə yalnız dalanlar… 25.01.2017 Şirin Xanım Kərimbəyli Şadiman