Вы просматриваете: Главная >Архив для Yanvar, 2017

 UTANIRAM, İLAHİ 

  İnsan olmaqdan utanıram, İlahi, Qulaq dələn ah-uflardan yanıram, İlahi. Su yerinə torpaq suvarır qanlar, Xarabaya dönür ünvanlar. Hamımız bir ömür yaşayırıq, Adam adı daşıyırıq. Adam da adamı öldürərmi? Allah verən ömrü gərərmi? Qanlara, qırğınlara rəng verənlər, Bu dünyanın işlərini cəng görənlər, Aləmi qatır bir-birinə, Başım şişir gedəndə dərinə. Vəhşi niyyətləri beyinlərdən siləsən bəlkə, Yıxırıq […]

QƏLƏMİM HÖNKÜRÜR

Bir gözüm ağrıdı, bir gözüm yaşdı, Ürəyin içindən asılan daşdı, Sənin əzabına köklənən başdı, Başım yastıq olsun özünə, Vətən, Qələmim hönkürür sözünə, Vətən.   Cihad istəyirsən cihada gəlim, Asılı qalıbdı göylərdən əlim, De, necə oxşasın səni bu dilim?! Dərdini deyimmi üzünə, Vətən? Qələmim hönkürür sözünə, Vətən.   Sənə layla deyən misram susmayır, Göylər fəryadımı tutub […]

DÖRDLÜK

Xalqın ciblərini talan edənlər, Verdiyi sözləri yalan edənlər, Heç ağıllarına gətirirlərmi? Udacaq onları bir gün nədənlər… 16.01.2017 Şirin Xanım

YAMAN DƏYMİSƏN

Sən mənim könlümə yaman dəymisən, Onu heç nə ilə ovutmaq olmur. Bütün körpüləri yıxıb əymisən, Əvvəlki günlərə qayıtmaq olmur. Ümidi sozalıb ötən günlərin, Fərəhə qurduğun toy-düyünlərin, Açılmır vurduğun dərd düyünlərin, Yanan ürəyimi soyutmaq olmur. Sən könül qırmaqda birinci oldun, Bütün həsrətlərin sevinci oldun, İçdə bəslədiyim bir inci oldun, O qədər cəlb edir heç atmaq olmur. […]