Вы просматриваете: Главная >Архив для May, 2016

DÖRDLÜK

Çöldəki düşmənlər güntək aşikar, İçdəki düşməndən qoru özünü.. Çalış olmayasan heç zaman şikar, Çünki min rəngiylə gizlər üzünü. 19.05.2016      

ATƏŞLƏRƏ YANDI

ATƏŞLƏRƏ YANDI Eyvah, ürəyim od tutub atəşlərə yandı, Nurlara boyandı. Canım, ciyərim ah ilə aləmləri sardı, Cismimə vardı. Hər dərd çoxalıb könlümü tutdu günah ilə, Güldü sabah ilə. Gözdəki yaşım axdı və səhraları tutdu, Çeşməni unutdu. Batdı harayım sinədə ulduzlara bənzər, Qəm canımı gəzər. İnsandan olan şeytanın hər üzü aşikar, Qəlbi edər şikar. Ağladı gözüm, […]

SƏNİ QANA SALAN

SƏNİ QANA SALAN Səni qana salan qanda boğulsun, İçinə dünyanın qəmi yığılsın, Başından dərd-bəla bir yol dağılsın, Ruhumuz içində eşqiylə bitən… Ey candan, könüldən boylanan Vətən!!! 13.05.2016

DÖRDLÜK

DÖRDLÜK Sabahın arzusu bugündən doğur, İnsanın içini min bir hiss boğur. Ağılla işlətsən başını, əgər, Gec-tez tapacaqsan həyatda uğur… 12.05.2016