Вы просматриваете: Главная >Архив для Sentyabr, 2015

VƏTƏN DEDİM

VƏTƏN DEDİM Vətən dedim, ürəyimə dağlar çəkildi, Vətən dedim, gözüm qaldı, Araz, o tayda. Gözlərimdən leysan təki yaşlar töküldü, Vətən dedim, dözüm qaldı, Araz, o tayda! Bu nə həsrət, bu nə hicran, bu nə ayrılıq? Yandı könül gilə-gilə əzab içində. Yağıların üzdə oldu bizə xoşqılıq, Parçaladı yurd-yuvanı qəzəb içində. Qərib-qərib Dərbəndimə baxıb ağlaram, Borçalıdan qopan […]

DOĞUM GÜNÜM

ÖMRƏ XOŞ GƏLMİSƏN

ÖMRƏ XOŞ GƏLMİSƏN   Durmusan qapımın ağzında kövrək, Titrəyir önündə bu yorğun ürək, Ömrün illərini adladın yüyrək, Nədən nigaransan, bir söylə yaşım? Ömrə xoş gəlmisən, ay altımışım.   Sənin yollarına çiçəkmi düzüm? Sənimi oxşasın gecəm-gündüzüm? Qəhərə bürünüb hönkürür dözüm, Artır duyğulara çökən təlaşım, Ömrə xoş gəlmisən, ay altımışım.   Pəncərəm önündə payızım durub, Məsum uşaqlartək […]