BİR İL DƏ GETDİ ÖMÜRDƏN Yeni il, bir il də getdi ömürdən, Gəlirsən xeyirlə qapıları aç. Zaman ötəridi, çıxmaz əmirdən, Düzəlməz işlərə özün tap əlac. Hamı diləyini eşqə calasın, İnsan bir-birinə kinlə baxmasın. Ağıla səadət odun qalasın, Heç kəs ürəyinə dərd buraxmasın. Yeni il, dünyanı qanda boğanlar, Unutsun qəzəbi, sülh əhli olsun. Döysün qapıları, hər […]
BİR ÇOXU QƏLƏM GÖTÜRÜB Bir çoxu qələm götürüb, Yazır boşuna-boşuna. Qələm də gəzir adamdan Daha yaşına-yaşına. Mənəvi dünya puç olur, Pak dünənimiz heç olur, Sonunda bunlar suç olur, Candan daşına-daşına. Dün içimizdən doğulan, Canı boğaza yığılan, Gedib yad elə dağılan Döyər başına-başına. Çox kök-soyuna xor baxan, Durub aləmə zor baxan, Şəri içinə buraxan, Dönər qışına-qışına. […]
BİR GÖZƏL XANIMI İTİRDİK DÜNƏN Unudulmaz Nurəngiz Günə ithaf Bir gözəl xanımı itirdik dünən, Derlər, dilindən söz tökülürmiş. Təbəssüm üzərdi baxışlarında, Kirpiklər üstündən köz tökülürmiş. Misralar içində gəzərdi canı, Vərəqə iltifat könül həyanı, “Günəşə Dua”sı ruhun fəğanı, Üzündən xoş bahar, yaz tökülürmiş. Baxışı gülüşə süfrə açardı, Qəm onu görəndə durub qaçardı, Ruhu qanad açıb göydə […]
DÜŞMÜŞÜK BIZ YAMAN DÖVRƏ BAŞABAŞ Sayman Aruzun «Məni dindirmə ki, diləm başabaş» qəzəlinə nəzirə Düşmüşük biz yaman dövrə başabaş, Saldılar Vətəni cövrə başabaş. Min elə Babəkimiz şəhid düşüb, Yanırıq min ildi qövrə başabaş. Arazın boynuna məftil dolaşıb. Vurur dərd sularla dövrə başabaş. Hamının dərdinə çarə tapılır. Bizlərə yağıdı çevrə başabaş. Hələ içdən də sökür çolma-çocuq, […]