Вы просматриваете: Главная > Şeirlər > DÜŞMÜŞÜK BIZ YAMAN DÖVRƏ BAŞABAŞ

DÜŞMÜŞÜK BIZ YAMAN DÖVRƏ BAŞABAŞ

DÜŞMÜŞÜK BIZ YAMAN DÖVRƏ BAŞABAŞ

Sayman Aruzun
«Məni dindirmə ki, diləm başabaş»
qəzəlinə nəzirə

Düşmüşük biz yaman dövrə başabaş,
Saldılar Vətəni cövrə başabaş.

Min elə Babəkimiz şəhid düşüb,
Yanırıq min ildi qövrə başabaş.

Arazın boynuna məftil dolaşıb.
Vurur dərd sularla dövrə başabaş.

Hamının dərdinə çarə tapılır.
Bizlərə yağıdı çevrə başabaş.

Hələ içdən də sökür çolma-çocuq,
Cəhdləri qalmışı devirə başabaş

Qarabağ Güney təki oldu əsir,
Bizi nalana çevirə başabaş.

Nəsillər köç eləyir, təzə gəlir,
Unudar işğalı zümrə başabaş.

Biz də olanlara susub dururuq,
Hazırıq hər gələn əmrə başabaş.

Elə, Sayman Aruz, qəzələ vəfa,
Fəğanı bəs göyə-yerə başabaş.

Şadiman bələd Vətən sevdasına,
Ahını aləmi görə başabaş.

17.12.2014 Pirallahı

Bir cavab yazın