Вы просматриваете: Главная > Şeirlər > BİR İL DƏ GETDİ ÖMÜRDƏN

BİR İL DƏ GETDİ ÖMÜRDƏN

BİR İL DƏ GETDİ ÖMÜRDƏN

Yeni il, bir il də getdi ömürdən,
Gəlirsən xeyirlə qapıları aç.
Zaman ötəridi, çıxmaz əmirdən,
Düzəlməz işlərə özün tap əlac.

Hamı diləyini eşqə calasın,
İnsan bir-birinə kinlə baxmasın.
Ağıla səadət odun qalasın,
Heç kəs ürəyinə dərd buraxmasın.

Yeni il, dünyanı qanda boğanlar,
Unutsun qəzəbi, sülh əhli olsun.
Döysün qapıları, hər gün xoş anlar…
Bütün qan-qadalar dünəndə qalsın!
31.12.2014
Şirinxanım Kərimbəyli Şadiman

Bir cavab yazın