Вы просматриваете: Главная >Архив для Oktyabr 11th, 2013

MƏN İLAHİ TƏŞNƏSİYƏM

MƏN İLAHİ TƏŞNƏSİYƏM Mən ilahi təşnəsiyəm, Adama səcdə etmirəm. Doğulandan bu günədək Onunla yola getmirəm. Çalışdım ki, dəyişməyəm, Ağlım ilə döyüşməyəm, Çaşıb çirkaba düşməyəm, Atılan yala getmirəm. Amacım haqqa qovuşmaq, Şərdən, xətadan sovuşmaq, Canla bədənə yovuşmaq, Min cürə hala getmirəm. Mən ilahi təşnəsiyəm, Ruhun bədən irşəsiyəm, Göy içinə düşəsiyəm, Hissimlə dala getmirəm. 11.10.2013 Şirinxanım Kərimbəyli […]