Okt
11
MƏN İLAHİ TƏŞNƏSİYƏM
Mən ilahi təşnəsiyəm,
Adama səcdə etmirəm.
Doğulandan bu günədək
Onunla yola getmirəm.
Çalışdım ki, dəyişməyəm,
Ağlım ilə döyüşməyəm,
Çaşıb çirkaba düşməyəm,
Atılan yala getmirəm.
Amacım haqqa qovuşmaq,
Şərdən, xətadan sovuşmaq,
Canla bədənə yovuşmaq,
Min cürə hala getmirəm.
Mən ilahi təşnəsiyəm,
Ruhun bədən irşəsiyəm,
Göy içinə düşəsiyəm,
Hissimlə dala getmirəm.
11.10.2013
Şirinxanım Kərimbəyli Şadiman
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.