Вы просматриваете: Главная > Şeirlər > BƏLKƏ YARIN MƏNƏM 

BƏLKƏ YARIN MƏNƏM 

Bəlkə elə yarın mənəm ,

Mənə yar demək istədin.

Ürəyində ürəyimə

sevgin var demək istədin.

 

İşıq dolu gözlərini

Gözlərimə tuşlamısan.

Ruhuma eşqin varlığın

Hansı yolla aşlamısan?!

 

Həsrətin də gözəl mənə

Onu qəlbimə çəkirəm.

Hər neyin var özəl mənə,

Çiçəktək könlə əkirəm.

 

Dodağının şərqisiyəm,

Deməsən də mən bilirəm.

Mənsiz keçən hər gün sənə,

Həm duman, həm çən bilirəm.

 

Boylan uzaqdan könlümə,

Gör orada nələrin var.

Qoynuma sığalın çəkən

Doğma, isti əllərin var…

 

Şadimanı sev beləcə

Qəlbimdə yatırım səni.

Dəryalartək ləpə verən

Eşqimə batırım səni…

 

22.06.2019