2014
Читать комментарии 7. 073
Sabahın yükünü bu gündən düşün,
Sonra da çətinə düşməsin işin…
Kimsəni suçlama öz səhvlərinlə,
Gec-tez olacaqdı haqla görüşün…
19.11.2024
Həyat dediyimiz, könülcə deyil,
Nə gül təki zərif, nə incə deyil.
Varlı ol, kasıb ol, fərq etməz, ey kəs,
Onun sərt yoxuşu əyləncə deyil.
14.11.2024