Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Sabahın yükünü bu gündən düşün,Sonra da çətinə düşməsin işin…Kimsəni suçlama öz səhvlərinlə,Gec-tez olacaqdı haqla görüşün…19.11.2024