DÖRDLÜK

İnsan insanlığın qorusun gərək,
Könlünə mərhəmət sarısın gərək.
Ömür imtahanı çətindən çətin,
Çalışıb qiymətdə yarısın gərək.
21.05 2023

DÖRDLÜK

Məni bu dünyadan sürgün et, Allah,
Yerində qövür edir nalə dolu ah.
Gecə qolu bağlı dustağa bənzər,
Sabahın bağrına dikilib silah…
19.05.2023

DÖRDLÜK

Ağıl qəbul etmir hislər deyəni,
Qopmayr əlindən dəli yüyəni.
Ömrə xidmətçidir, taleyə dəstək,
Hər an dilə tutur özün öyəni…
07.05.2023

DÖRDLÜK

Etdiyin əməlin güzgüsü özün,
Günah axtarmasın kimsədə gözün.
Əməllər yazılır haqqın qatına,
İtirə bilməzsən addımın izin…
08.04.2023