Вы просматриваете: Главная > Məqalələr > CƏNABİ HAQDAN YAN KEÇƏNLƏR

CƏNABİ HAQDAN YAN KEÇƏNLƏR

Isa peyğəmbər, xristianlıq inanca görə Allahın oğlu( islamda bu küfür sayılır, çünki Allah Yaradandı). Əslində İsa peyğəmbər haqqında tarixi bilgi yoxdur. Yəni tarixi şəxsiyyət kimi təsdiqini tapmayıb. İsa peyğəmbərin on iki həvarisi var idi, Latınca İsa Messi adlanır, Messinin mənası xilaskar deməkdir, yəni Allah onu öz yanına aparıb, o yer kürəsinə gəlib İsaya inancıları xilas edəcək. İslamın şiyəlik məzhəbində 12 iman və 12-ci imam Mehdi gəlib şiələri xilas edəcək. Onu da Allah öz yanına aparıb.Yəni xilaskar Allah yox, Mehdidir. Mehdi ilə Messinin bir-birinə bənzərini görürsünüzmü? Görürsünüzsə onda deyin görüm bu nə məsələdir? Özü də mənim üstümə hücuma keçməyin, mən özüm şiə inanclı bir ailədə doğulmuşam və heç bir məzhəbi qəbul etmirəm. Yaradan insana düz yola yönəldən vicdan bağışlayıb. Əgər o adamı narhat etmirsə, onda heç bir dindən və Yaradana sevgidən söhbət gedə bilməz, Yetər ki, içimizdəki vicdanı cilalayaq. Allah hər birimizi cənabi Haqqın yolunda dürüst etsin. Amin!!!