Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Yaltaqlar, yalaqlar dolub ölkəyə,İmkansız möhtacdı, bəlkə-bəlkəyə.Çoxu itiribdi insanlığını,Azğınlar səbəbdi, hər mərəkəyə!..22.11.2024