Вы просматриваете: Главная >Архив для Dekabr, 2019

DÖRDLÜK

Sən ey səhərimə yol gedən gecə, Canım sükutuna səcdədə necə? Muncuqtək boynuna dolanıb ulduz, Ay səni işığa tutub sadəcə! 07.12.2019

IKILIK

Özünə bəllidir adamın üzü, Kimliyin aşikar eyləyir sözü… 05.12.2019

DÖRDLÜK

Gecənin sükutu gündüzə təşnə, Çəkir aləmlərin sirrin dişinə. Zaman ötüb keçir nəfəs dərmədən, Sanki heyran olub öz yerişinə… 04.12.2019