Вы просматриваете: Главная >Архив для May, 2019

QÜRUR TARİXİMİZ…

İYİRMİ SƏKKİZ MAYISAN   Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, Bir millətin Tanrıya ucalan ah-vayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan.   O böyük məmləkətin qazanılan yoluydun, Əsir, kölə millətin açılmış əl-qoluydun, Sildilər yaddaşlardan… tarixəsə uluydun, Dədəm Oğuz bəyinin, sən Bozqurd harayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan.   Yetmiş […]

QƏLBİNİ BULAŞDIRMISAN

Qəlbini tozlara bulaşdırmısan, Qoruya bilmirsən ürək neyləsin?! İçinə ağrılar suvaşdırmısan, Ağrını bəsləyən kələk neyləsin?!   Əzabı çəkirsən özünə sarı, Zamanı doyduran ömürün darı, Dünyanın əlində dünyanın varı, Tamaha güc verən dilək neyləsin?!   Yıxıb sürüyürsən sözünü hər gün, Nahaq sovurursan közünü hər gün, Dayan, güzgüdə gör özünü hər gün, Ömrünü ələyən ələk neyləsin?!   Hər […]

DÖRDLÜK

Hər anın çətinliyi ürəkdə yuva qurur, Ürək də pərvanətək özünü oda vurur. Həyatın acıları günümüzdən boylanır, Ümid qəlbi dikəldir, çökməyə qoymur qürur… 23.05.2019

SƏN MƏNİM NEYİMƏ AŞİQ OLMUSAN?

Tükədib zamanə bahar eşqimi, Səndəmi ağrıma meyil salmısan?! Tale bitirməyir dərdlə məşqimi, Sən mənim neyimə aşiq olmusan?!   Gözümdən qəm axır, dilimdən ağı, Bitmir ürəyimin ahu-fərağı, Qan damır könlümün kədər varağı, Sən mənim neyimə aşiq olmusan?!   Keçir ömür-günüm ağrı içində, Kədər can bəsləyir bağrı içində, Ümid arayıram şeytanda, cində, Sən mənim neyimə aşiq olmusan?! […]