Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Yalan ayaq tutub yeriyən yerdə, İnsanlar batarlar sağalmaz dərdə. Üzlərdən gülüşlər çəkilər ərşə, Namərd min bir fitnə törədər mərdə… 11.06.2018