Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Qoru hər bir zaman ürək sirrini, Söyləsən uçurar dil qəsirini. Özgələr ağzına düşüb qalarsan, Xilas etmək olmur söz əsirini… 07.06.2018