Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Adam həm özünün dostu, həm də düşmənidir, kimdə hansı tərəf çoxdur çox tərəfə əyilir… 09.06.2018