Вы просматриваете: Главная >Архив для Mart, 2017

Ikilik

Ən gözəl nemətdir dilin xoşluğu, Yox edir adamdan hər naxoşluğu… 15.03.2017

İLAXIR ÇƏRŞƏNBƏ

Ruhumun içindən boylanır yenə, Şövqlə ürəyimi basır köksünə, Eşqini sel təki qucaqlar sinə, Oduyla könlümü yaxır çərşənbə, Novruzun gözəli İlaxır çərşənbə!   Ey güldən, çiçəkdən müjdəli xatın, Bahar sevdasına bağlı həyatın, Möcüzə boğçası sən kainatın, Qapı-pəncərədən baxır çərşənbə, Novruzun gözəli İlaxır çərşənbə!   Torpağın dirilik sorağı səndə, Yerlərin, göylərin marağı səndə, Günəşin gur tonqal çırağı […]

IKILIKLƏR

Aldanan aldadan əlində şikar, Gözlər gördüyünü edərmi inkar?! *** Fələkdən ümidin kəsməyən insan, Ömrün zalımların kefinə ehsan… *** Səni düşünəndə könlə od düşür, Ümidim içində eşqin yerləşir… 13.03.2017

ANA DÜNYASI

Ana, səmalarım, havam, dənizim, Ey mənim yaxınım, doğmam, əzizim! Titrək dodağınla layla çalanım, Hətta, yuxumda da könlü alanım. Bətində olanda duydum səsini, O isti, o yumşaq pak nəfəsini. Dünyaya gətirdin məni bir səhər, Gecələr yuxuna hey qatdın zəhər! Yatmadın sübhədək beşik başında, Əritdin ömrünü cavan yaşında. Titrək addımlarla yeridim bir gün, Bu sənə həyatda oldu […]